"Milan" Kayl Uokerdən imtina edir

Xəbərlər
14 May 2025 02:20
25
"Milan" Kayl Uokerdən imtina edir

"Milan" icarə əsasında komanda çıxış edən Kayl Uokeri transfer etməyi düşünmür.

İdman.biz xəbər verir ki, "rossoneyerilər" 5 milyon avro satınalma maddəsindən imtina edəcəklər.

"Mançester Siti"nin müdafiəçisi yanvardan "Milan"ın şərəfini qoruyur. Milanlılar 20 yaşlı Alexandro Ximenesin oyunundan razı qaldıqları üçün Kaylı davam etməmək qərarına gəliblər.

Qeyd edək ki, Uoker İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 15 oyunda fərqlənməyib.

İdman.biz