Karlo Ançelotti və Kaka yenidən bir yerdə

Xəbərlər
13 May 2025 20:46
40
Karlo Ançelotti və Kaka yenidən bir yerdə

Tanınmış veteran futbolçu Kaka Brazilya yığmasında fəaliyyət göstərəcək.

İdman.biz xəbər verir ki, komandaya baş məşqçi təyin olunacaq Karlo Ançelotti onu məşqçilər heyətinə daxil edəcək.

Braziliyalı futbolçu italiyalı mütəxəssislə "Milan"da işləyib. Onların yolu qısa müddət "Real"da da kəsişib. Ançelotti mayın sonundan etibarən "pentakampeonlar"a başçılıq edəcək.

Qeyd edək ki, Kaka 2002-2016-cı illərdə Braziliya yığmasında oynayıb. O, 92 oyunda 29 qol vurub.

İdman.biz