Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

Xəbərlər
13 May 2025 19:32
39
Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

Avropanın əsas 5 liqasında transfer pəncərəsi eyni anda bağlanacaq.

İdman.biz xəbər verir k, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarının nümayəndələri arasında razılıq əldə olunub.

Əvvəllər transfer pəncərsi eyni gündə bağlansa da, zamanlar fərqli olub. Amma bu dəfə tərəflər ortaq məxrəcə gəliblər və klublar Bakı vaxtı ilə saat 22:00-a kimi transferləri rəsmiləşdirməlidirlər.

Qeyd edək ki, yayda iki transfer pəncərəsi olacaq. Klublaraarası dünya çempionatı ilə əlaqədar klublar iyunun 1-dən 10-na kimi transferləi həyata keçirəcələr. 2025/2026 mövsümünün pəncərəsi isə sentyabrın 1-də bağlanacaq.

İdman.biz