Avropa Liqasının finalında almaniyalı hakimlər - VİDEO

Xəbərlər
12 May 2025 20:41
153
Avropa Liqasının finalında almaniyalı hakimlər - VİDEO

UEFA Avropa Liqasının final matçının hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, "Mançester Yunayted" - "Tottenhem" qarşılaşmasını Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Feliks Tsvayer olacaq. Ona Robert Kempter və Kristian Dits kömək edəcəklər.

Qeyd edək ki, həlledici matç mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.

İdman.biz