Ançelotti mayın 26-da Braziliya yığmasında olacaq

Xəbərlər
12 May 2025 18:27
39
Ançelotti mayın 26-da Braziliya yığmasında olacaq

"Real"dan ayrılacağı gözlənilən Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.

İdman.biz xəbər verir ki, italiyan mütəxəsis özlənildiyi kimi, Braziliya yığmasını çalışdıracaq.

Bu barədə "The Athletic" nəşr məlumat yayıb. Ançelotti Braziliya milli komandasının baş məşqçisi təyin olunacaq. Artıq yerli federasiya ilə baş məşqçi arasında razılıq əldə olunub. Mayın 26-da onun fəaliyyət başlayacağı bildiirilir.

Qeyd edəki, Ançelotti mövsümün sonunda "Real"ı tərk edəcəyini açıqlayıb.

İdman.biz