Jorjinyo Juninyonun komanda yoldaşı olacaq

Xəbərlər
6 May 2025 01:41
34
Jorjinyo Juninyonun komanda yoldaşı olacaq

“Arsenal”ın futbolçusu Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, dayaq yarımmüdafiəçisi İngiltərə klubundan ayrılmağa qərar verib.

London təmsilçisini azad agent kimi tərk edəcək 33 yaşlı futbolçu “Flamenqo” ilə müqavilənin detallarını razılaşdırıb. Bu keçid baş tutsa, Jorjinyo “Qarabağ”ın sabiq hücumçusu Juninyonun komanda yoldaşı olacaq.

Qeyd edək ki, “Arsenal”la müqaviləsi bu ilin iyununda başa çatacaq yarımmüdafiəçi bu mövsümdə 26 oyunda bir qolla yadda qalıb.

İdman.biz