"Alanyaspor"da baş məşqçi dəyişikliyi

Xəbərlər
20 Mart 2025 18:46
103
"Alanyaspor"da baş məşqçi dəyişikliyi

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

İdman.biz xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.

O, komandaya 16 oyunda rəhbərlik edib. Bu görüşlərdə "Alanyaspor" 6 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 7 dəfə uduzub. Son 3 qarşılaşmada məğlub olan alaniyalılar 31 xalla 14-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, artıq "Alanyaspor"a başçılıq edəcək mütəxəssisin adı açıqlanıb. Komandaya portuqaliyalı Joao Pereyranın rəhbərlik edəcəyi bildirilib.

İdman.biz