Seru Girassi ÇL-də həftənin oyunçusu seçilib

Xəbərlər
13 Fevral 2025 19:08
115
Seru Girassi ÇL-də həftənin oyunçusu seçilib

"Borussiya"nın hücumçusu Seru Girassi Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, o, səsvermədə Vinisius Junior və Evangelis Pavlidisi qabaqlayıb.

Afrikalı forvard "Sportinq"lə görüşdə bir qol və bir ötürmə edib. Dortmundlular səfərdə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlmək üçün yaxşı şans qazanıblar.

Qeyd edək ki, 4-cü pillədə "Feyenoord"un futbolçusu İqor Payşao qərarlaşıb.

İdman.biz