"Asan oyun olmayacağını bilirik. Bizim üçün önəmli qarşılaşmadır".
İdman.biz xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında sabah “Bavariya” ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis güclü rəqiblə oyunun çətin keçəcəyini bildirib: “Oyuna 4 xalla çıxırıq və hədəf xal hesabını artırmaqdır. Azarkeşlərimizin önündə çıxış edəcəyik. Məqsədimiz yaxşı futbol oynamaqdır. Öz oyunumuzu sərgiləməyə çalışacağıq. Rəqibimizin nə qədər güclü olduğunu bilirik. Amma biz də keyfiyyətli və təcrübəli bir komandaya sahibik”.
Qeyd edək ki, “Qalatasaray” - “Bavariya” oyunu oktyabrın 24-də saat 20:45-də start götürəcək.
İdman.biz