Norveçli mütəxəssis İngiltərəyə dönür?

Xəbərlər
15 Dekabr 2024 16:29
139
Norveçli mütəxəssis İngiltərəyə dönür?

Ule-Qunner Solskyaer yenidən İngiltərədə işləyə bilər.

İdman.biz xəbər verir ki, norveçli mütəxəssis "Vulverhempton"un baş məşqçisi vəzifəsinə namizəddir.

"Canavarlar" uğursuz nəticələrdən sonra dünən Hari Onillə yollarını ayırıblar. İngiltərə Premyer Liqasının 16-cı turunda "İpsviç"ə 1:2 hesablı məğlubiyyət klub rəhbərliyini bu addımı atmağa vadar edib.

İngiltərə mətbuatında Solskyaerin "Vulverhempton" - "İpsviç" matçını tribunadan izlədiyi bildirilib. Digər xəbərdə norveçli məşqçinin "İpsviç"in çalışdırıcısı Kiran Makkennlə dostluq əlaqələr olduğu üçün oyuna gəldiyi vurğulanıb.

Qeyd edək ki, Solskyaer 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi "Mançester Yunayted"ə rəhbərlik edib.

İdman.biz