İngiltərənin "Mançester Siti" və İspaniyanın "Sevilya" klubları arasında UEFA Superkuboku uğrunda görüş başa çatıb.
İdman.biz xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda çıxış ediblər.
Görüşü baş hakim Fransua Leteksye (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyunun 25-ci dəqiqəsində "Sevilya"nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb. 63-cü dəqiqədə "Mançester Siti"nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib. Görüş penaltilər seriyasına keçib.
Penaltilər seriyasında isə "şəhərlilər" daha dəqiq olublar. Belə ki, həlledici penaltini Qudel reallaşdıra bilməyib.
İdman.biz