34 oyunluq qələbə seriyası bitib

Xəbərlər
17 Aprel 2024 23:36
34 oyunluq qələbə seriyası bitib

“Əl-Hilal”ın 34 oyunluq qələbə seriyası başa çatıb.

İdman.biz xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının yarımfinalında uduzub.

Səudiyyə Ərəbistanı təmsilçisi mərhələnin ilk matçında BƏƏ-də “Əl-Ayn”a 2:4 hesabı ilə məğlub olub. “Əl-Hilal” sonuncu dəfə ötən ilin avqustunda meydanı başıaşağı tərk edib.

“Əl-Hilal”ın 34 oyunluq qələbə seriyası yeni dünya rekordu olub. Əvvəlki rekord “Nyu-Seynts” (Uels) klubunua məxsus olub. Uelslilər 2016/2017 mövsümündə ardıcıl 27 rəsmi matçda qələbə qazanıblar.

Qeyd edək ki, “Əl-Hilal” – “Əl-Ayn” cavab matçı aprelin 23-də keçiriləcək.

İdman.biz