Nelsson “Qalatasaray”dan gedəcək

Xəbərlər
13 Aprel 2024 20:17
123
Nelsson “Qalatasaray”dan gedəcək

Viktor Nelsson “Qalatasaray”da getmək qərarına gəlib.

İdman.biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Danimarkalı müdafiəçi hələ ötən mövsümdə komandasını dəyişmək arzusunda olub. Amma “Qalatasaray” rəhbərliyinin Viktoru komandada saxlaması sonradan tərəflər arasında narazılıq yaradıb. Nelsson klubun yeni müqavilə təklifini rədd edib. O, 2021-ci ildən İstanbul klubunda çıxış edir.

Qeyd edək ki, 26 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.

İdman.biz