Mbappenin əvəzinə Dias

Xəbərlər
13 Mart 2024 21:26
326
Mbappenin əvəzinə Dias

PSJ yayda komandanı tərk edəcək Kilian Mbappeyə əvəzedici axtarır.

İdman.biz xəbər verir ki, “Liverpul” futbolçusu Luis Dias Paris klubunun hədəfinə düşüb.

27 yaşlı kolumbiyalı hücumçu Mbappeni əvəz etməyə əsas namizəd sayılır. 2022-ci ilin yanvarında “Liverpul”da çıxış edən Dias öz oyunu ilə mütəxəssislərin diqqət mərkəzinə düşüb. Onun qiyməti 75 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Kilianın mövsümün sonunda PSJ-dən gedəcəyi dəqiqləşib. Dias 2023/2024 mövsümündə “Liverpul”un heyətində 38 oyunda 11 qol vurub, 5 ötürmə edib.

İdman.biz