Qutyerresin “Real”a dönmək şansı

Xəbərlər
5 Mart 2024 00:13
133
Qutyerresin “Real”a dönmək şansı

“Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres yayda “Real”a dönəcək.

İdman.biz xəbər verir ki, o, Madrid klubunun yetirməsidir.

“Real” 8 milyon avroluq gerialma maddəsindən istifadə edəcək. 2022-ci ildə “Jirona”ya keçən Migel öz oyunu ilə bir çox klubların diqqətini çəkib. Ferlan Mendi və Fran Qarsiyanın “ağ şimşiklər”in heyətini tərk edəcəyini nəzərə alsaq, Qutyerres yenidən doğma klubda çıxış etmək imkanı qazanacaq.

Qeyd edək ki, 2023/2024 mövsümündə 22 yaşlı futbolçu 30 oyunda 1 qol, 6 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: