Mbappenin əvəzləyicilərinin adı bəlli olub

Xəbərlər
17 Fevral 2024 12:53
169
Mbappenin əvəzləyicilərinin adı bəlli olub

PSJ "Liverpul"un hücumçusu Məhəmməd Salaha elçi düşüb.

İdman.biz Fransa mətbuatına istinadən xəbər verir ki, yayda Kilian Mbappenin gedişindən sonra parislilər misirli futbolçunu heyətlərinə qatmağı planlaşdırırlar.

Salahdan savayı, PSJ "Napoli"dən Viktor Osimhen, "Mançester Yunayted"dən Markus Reşford və ya "Milan"dan Rafael Leauya da fransalının əvəzləyici kimi baxır. Sadəcə onların hansını transfer edəcəyi dəqiq deyil.

Qeyd edək ki, İspaniya mətbuatı artıq Mbappenin "Real"la müqavilə imzaladığını yazıb.

İdman.biz