Xulen Lopeteqi iki təklifi rədd edib

Xəbərlər
17 Fevral 2024 11:46
104
Xulen Lopeteqi iki təklifi rədd edib

İspaniya millisinin sabiq baş məşqçisi Xulen Lopeteqi iki təklifi rədd edib.

İdman.biz xəbər verir ki, ispan mütəxəssis İngiltərə və Səudiyyə Ərəbistanı klublarına keçmək istəməyib.

Onun xidmətində “Kristal Pelas” və adı açıqlanmayan ərəb klubu maraqlı olub. Lopeteqi daha iddialı komanda çalışdırmaq istədiyindən bu təkliflər onu qane etməyib. Ötən ilin avqustunda “Vulverhempton”dan ayrılan mütəxəssis Premyer Liqaya qayıtmaq istəyir.

Qeyd edək ki, Lopeteqi karyerası ərzində İspaniya millisi, “Real”, “Sevilya”, “Rayo Valyekano”, “Porto” və “Vulverhempton”da çalışıb. O, 2019/20 mövsümündə Sevilyanın eyniadlı klubu ilə Avropa Liqasının qalibi olub.

İdman.biz

Məqalədə: