Avropa Liqası tarixinin ən yaxşıları bəlli olub

Xəbərlər
17 Fevral 2024 00:57
201
Avropa Liqası tarixinin ən yaxşıları bəlli olub

Böyük Britaniyanın məşhur “FourFourTwo” nəşri Avropa Liqasının ən yaxşı komandalarının siyahısını dərc edib.

İdman.biz xəbər verir ki, 1998-ci ildə UEFA kuboku adlanan turnirin qalibi “İnter” 1-ci olub.

Növbəti yerləri 2018-ci ilin “Atletiko”su və 1999-cu ilin “Parma”sı tutub.

İlk 10-luqda İspaniyanın klubları 5 dəfə yer alıblar.

FourFourTwo-nin versiyasına görə Avropa Liqasının 10 ən yaxşı komandası

1. “İnter” - 1998 (İtaliya)
2. “Atletiko” - 2018 (İspaniya)
3. “Parma” - 1999 (İtaliya)
4. “Portu” - 2003 (Portuqaliya)
5. “Valensiya” - 2004 (İspaniya)
6. “Liverpul” - 2001 (İngiltərə)
7. “Atletiko” - 2012 (İspaniya)
8. “Sevilya” - 2016 (İspaniya)
9. “Çelsi” - 2013 (İngiltərə)
10. “Real” - 1986 (İspaniya)

İdman.biz

Məqalədə: