Çempionlar Liqasının topu təqdim olunub

Xəbərlər
12 Fevral 2024 14:52
275
Çempionlar Liqasının topu təqdim olunub

Çempionlar Liqasının pley-off mərhələsinin topu təqdim olunub.

İdman.biz xəbər verir ki, həlledici mərhələlər üçün hazırlanan topu UEFA və “Adidas” təqdim ediblər.

“UCL Pro Ball London” modeli 1/8, 1/4 final, yarımfinal və Londondakı “Uembli” stadionunda baş tutacaq final matçında istifadə olunacaq. Həlledici görüş iyunun 1-də keçiriləcək.

Topun üzərində Böyük Britaniyanın mədəniyyəti və tarixini, həmçinin cəsurluq, güc və böyüklüyü təcəssüm edən nərə çəkən iki şirin təsviri əks olunub. Top “Adidas”ın müxtəlif texnologiyaları ilə təchiz edilib.

İdman.biz