“Qalatasaray”ın Eriksen planı

Xəbərlər
5 Fevral 2024 20:48
147
“Qalatasaray”ın Eriksen planı

“Qalatasaray” qış transferinin son günündə səs-küylü keçid həyata keçirə bilər.

İdman.biz xəbər verir ki, Türkiyə çempionu Kristian Erikseni icarəyə götürmək arzusundadır.

“Mançester Yunayted”lə danışıqlara start verən İstanbul klubu danimarkalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlamağı planlayır. Əgər razılaşma baş tutarsa, “Qalatasaray” müqaviləyə Eriksenin transferi maddəsini əlavə edəcək. Türkiyədə transfer pəncərəsi fevralın 9-da bağlanacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın əsas heyətinə düşməkdə çətinlik çəkir. O, bu mövsümdə meydana çıxdığı 19 oyunda 1 qol və 2 ötürməlik nəticə göstərib.

İdman.biz