Premyer Liqada 100 milyonluq transfer gerçəkləşib

Xəbərlər
2 Fevral 2024 17:23
151
Premyer Liqada 100 milyonluq transfer gerçəkləşib

İngiltərə Premyer Liqasının klublarının 2024-cü ilin yanvarında transferlərə xərclədiyi vəsaitin məbləği bəlli olub.

İdman.biz xəbər verir ki, bunu “Deloitte” açıqlayıb.

Klublar cəmi 100 milyon funt sterlinq xərcləyib. Transfer pəncərəsində cəmi 17 keçid və 13 futbolçunun icarəsi reallaşıb. Ötən qış transferlərə 815 milyon xərclənib.

2024-cü ilin yanvarındakı rəqəm cəmi 60 milyonluq transferin gerçəkləşdiyi 2012-ci ildən sonra ən aşağı göstəricidir. Lakin koronovirus pandemiyasının tüğyan etdiyi 2021-ci il nəzərə alınmayıb. Həmin vaxt 70 milyonluq transfer baş tutub.

İdman.biz

Məqalədə: