“Bavariya”nın futbolçusu Harri Keyn Münhen klubunun heyətində Bundesliqada 100-cü oyununu keçirib.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu yubiley matçına altıncı turda “RB Leypsiq”ə qarşı keçirilən görüşdə çıxıb.
“Bavariya”nın 6:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada Keyn də fərqlənib. O, 53-cü dəqiqədə komandasının beşinci qolunu vurub.
2023-cü ilin avqustundan Münhen təmsilçisində çıxış edən hücumçu indiyədək bütün turnirlərdə 156 oyuna qatılıb. Bu müddətdə onun aktivinə 154 qol və 37 məhsuldar ötürmə yazılıb.
Keyn “Bavariya” ilə iki dəfə Bundesliqanın qalibi olub, həmçinin Almaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb.
Qeyd edək ki, “Bavariya” altı turdan sonra 14 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.
