İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Junior oktyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək “El-Klasiko”da iştirak edə bilməyəcək.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Apellyasiya Komitəsi braziliyalı futbolçunun dörd oyunluq diskvalifikasiyasını qüvvədə saxlayıb.
Vinisius La Liqanın səkkizinci turunda “Vilyarreal”la keçirilən və Madrid təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada qırmızı vərəqə alıb.
Braziliyalı hücumçu rəqib futbolçu Natan Salibanın saçından dartdığına görə iki, baş hakimin qərarına etiraz etdiyi üçün isə əlavə iki oyunluq cəzalandırılıb.
“Real Madrid” rəhbərliyi diskvalifikasiyanın ləğvi və ya müddətinin azaldılması üçün apellyasiya şikayəti versə də, müraciət təmin edilməyib.
Beləliklə, Vinisius İspaniya çempionatında “Sevilya”, “Barselona”, “Rasinq” (Santander) və “Valensiya” ilə qarşılaşmaları buraxacaq.
Bununla belə, Madrid klubu qərarla razılaşmır və İspaniyanın İdman İnzibati Tribunalına (TAD) müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, “Barselona” - “Real Madrid” qarşılaşması oktyabrın 25-də “Kamp Nou” stadionunda keçiriləcək.
