ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi komanda yoldaşı Rodriqo De Paulun argentinalı müğənni Tini Stoessellə toyunun tarixinin dəyişməsinə səbəb olub.
İdman.Biz İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, cütlük əvvəlcə dekabrın 26-da evlənməyi planlaşdırıb. Lakin həmin tarixdə Messinin bacısı Mariya Solun da toyu nəzərdə tutulduğu üçün futbolçu dostundan mərasimin vaxtını dəyişməyi xahiş edib.

Messi bacısının toyunda iştirak etməli olduğunu bildirib və bundan sonra De Paulun toy mərasimi dekabrın 19-na keçirilib.
Maraqlıdır ki, sonradan Messinin bacısının toyu ailə vəziyyəti ilə əlaqədar növbəti il üçün təxirə salınıb. Buna baxmayaraq, De Paul və Stoesselin toyunun dekabrın 19-da keçirilməsi planı qüvvədə qalıb.
Qeyd edək ki, Rodriqo De Paul və Tini Stoessel 2022-ci ildə münasibətə başlayıblar. Cütlük 2023-cü ildə ayrılsa da, 2025-ci ildə yenidən barışıb və 2026-cı ildə evlənmək qərarını açıqlayıb.



