“Mançester Yunayted” UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Madrid “Atletiko”su ilə keçirəcəyi səfər oyunu öncəsi iki futbolçusunun xidmətindən məhrum olub.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, müdafiəçi Lyuk Şou və yarımmüdafiəçi Kobbi Maynu komanda ilə birlikdə İspaniyaya yollanmayıblar.
Bu məlumatı Mançester təmsilçisinin baş məşqçisi Maykl Karrik də təsdiqləyib.
“Onlar səhhətlərindəki problemlərə görə komanda ilə birlikdə uçmayıblar”, - deyə mütəxəssis bildirib.
Cari mövsümdə Şou beş oyunda meydana çıxaraq bir məhsuldar ötürmə verib. Maynu isə səkkiz qarşılaşmada iştirak edib və bir qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, “Atletiko” - “Mançester Yunayted” matçı oktyabrın 13-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hər iki komanda Çempionlar Liqasının ilk turunda məğlubiyyətlə üzləşib.
