“Göztəpə” “Eyupspor”u darmadağın edərək mövsümdə ilk qələbəsini qazanıb

12 Oktyabr 2026 23:14
93
“Göztəpə” “Eyupspor”u darmadağın edərək mövsümdə ilk qələbəsini qazanıb

Türkiyə Superliqasının yeddinci turunda “Eyupspor” doğma meydanda “Göztəpə”yə 0:4 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Xuan 11-ci dəqiqədə hesabı açıb. Enrike isə 54, 59 və 75-ci dəqiqələrdə fərqlənərək het-trik edib.

Bu nəticə ilə “Göztəpə” cari mövsümdə ilk qələbəsini qazanaraq xalını altıya yüksəldib. Turnir cədvəlində İzmir təmsilçisi 15-ci yerdədir. “Eyupspor” isə üç xalla sonuncu pillədə qalıb.

İdman.Biz