Premyer Liqa: “Kristal Palas” qələbə qazandı, “Everton” xal itirdi

11 Oktyabr 2026 19:29
116
Premyer Liqa: “Kristal Palas” qələbə qazandı, “Everton” xal itirdi

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün altıncı turunda “Kristal Palas” və “Nottinqem Forest” futbol komandaları qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı üçüncü dəqiqədə qonaqların futbolçusu Dan Ndoy açıb. 41-ci dəqiqədə Daiçi Kamada bərabərliyi bərpa edib. İlk hissəyə əlavə olunan dördüncü dəqiqədə Cefferson Lerma “Kristal Palas”ı hesabda önə çıxarıb. 59-cu dəqiqədə isə Yeremi Pino görüşün yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra “Kristal Palas” yeddi xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Beş xalı olan “Nottinqem Forest” isə 14-cü yerdədir.

Paralel keçirilən digər qarşılaşmada “Hall Siti” və “Everton” komandaları arasında dörd qol vurulub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz