“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis La Liqada “Alaves”lə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında Messi ilə Dieqo Maradona arasında seçim etməkdən imtina edib.
“Onlardan birini seçmək oyununa qoşulmaq istəmirəm. Maradona ilə birlikdə oynamaq imkanım olub, lakin Messi ilə oynamaq şansım olmayıb”, - deyə Simeone bildirib.
Mütəxəssis Messinin Argentina futboluna təsirini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ulduz futbolçu argentinalılara işlər yolunda getməyəndə belə mübarizəni davam etdirməyi öyrədib.
Simeone qarşıdakı “Alaves” matçına da toxunaraq rəqibin müdafiədə güclü olduğunu və komandasını çətin qarşılaşmanın gözlədiyini vurğulayıb.
