“Liverpul” öz yetirməsini 70 milyon avroya geri qaytara bilər

8 Oktyabr 2026 02:18
86
“Liverpul” öz yetirməsini 70 milyon avroya geri qaytara bilər

Leverkuzen “Bayer”inin müdafiəçisi Carell Kuansa 2027-ci ilin yayında İngiltərə Premyer Liqasına qayıda bilər.

İdman.Biz insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Liverpul”, “Çelsi” və “Arsenal” maraqlanır.

Kuansanı geri qaytarmaq üçün ən əlverişli şərtlər “Liverpul”un əlindədir. Belə ki, müdafiəçinin “Bayer”lə müqaviləsində “Liverpul”a öz yetirməsini 70 milyon avroya geri almağa imkan verən bənd yer alır.

İngiltərəli futbolçunun vəziyyətini Madrid “Real”ı da izləməkdə davam edir.

Qeyd olunur ki, Kuansaya maraq Tomas Tuxelin rəhbərliyi altında İngiltərə millisinin heyətində Dünya Çempionatında və Millətlər Liqasının son oyunlarında göstərdiyi çıxışdan sonra artıb.

İdman.Biz