Premyer Liqa futbolçularının qiymətlərinin yenilənməsindən sonra "Mançester Siti"nin futbolçularının dəyəri 1,5 milyard avroya (2,55 milyard manat) çatıb.
İdman.Biz "Transfermarkt"a istinadən xəbər verir ki, hazırda “Real” dünyanın ən bahalı komandaları reytinqində tək lider deyil.
Üçüncü pillədə futbolçularının ümumi dəyəri 1,38 milyard avro (2,35 milyard manat) olan “Arsenal” qərarlaşıb. Ardınca PSJ – 1,36 milyard avro (2,31 milyard manat) və “Barselona” – 1,3 milyard avro (2,21 milyard manat) gəlir.
Dünyanın ən bahalı komandalarının ilk onluğunda həmçinin “Çelsi” (1,15 milyard avro - 1,96 milyard manat), “Liverpul” (1,09 milyard avro - 1,85 milyard manat), “Bavariya” (1,04 milyard avro - 1,77 milyard manat), “Mançester Yunayted” (928,8 milyon avro - 1,58 milyard manat) və “Tottenhem” (836 milyon avro - 1,42 milyard manat) yer alır.
