Kurtuadan “Mançester Siti”yə sərt sözlər: “Ədalətli rəqabəti dəyərdən salır”

1 Oktyabr 2026 19:53
92
Kurtuadan “Mançester Siti”yə sərt sözlər: “Ədalətli rəqabəti dəyərdən salır”

“Real”ın qapıçısı Tibo Kurtua “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı vəziyyətə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, əvvəllər “Çelsi”də çıxış etmiş belçikalı qapıçı müstəqil komissiyanın “Siti”ni 2009/10-2017/18 mövsümləri arasında Premyer Liqanın qaydalarını bir neçə dəfə pozmaqda təqsirli bilməsinə toxunub.

“Bu, ədalətli rəqabətə zərər vurur. Müəyyən mənada belə əməllər onu dəyərdən salır. Meydanda onlar öz xidmətləri sayəsində qələbə qazanırdılar, lakin klub bu cür hərəkət etməsəydi, ola bilsin ki, komandada bəzi oyunçular ümumiyyətlə olmazdı”, - deyə Kurtua “Radioestadio Noche” efirində bildirib.

Qeyd edək ki, “Mançester Siti” komissiyanın qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

İdman.Biz