Fransa Futbol Federasiyası İnfantinoya dəstək verməyəcək

9 Sentyabr 2026 20:19
84
Fransa Futbol Federasiyası İnfantinoya dəstək verməyəcək

Fransa Futbol Federasiyası (FFF) FIFA prezidenti Canni İnfantinoya dəstəyini geri çəkməyə hazırlaşır.

İdman.Biz “L’Équipe”-ya istinadən xəbər verir ki, federasiyanın yekun mövqeyi icraiyyə komitəsinin iclasında müəyyənləşəcək. Ardınca qərarla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Gözlənilməz dəyişiklik baş verməsə, Fransa 2027-ci il martın 18-də Rabatda keçiriləcək FİFA prezident seçkiləri ərəfəsində İnfantinoya dəstəyini geri çəkən ölkələrin sırasına qoşulacaq.

Məlumata görə, bu qərarın əsas səbəbi İnfantinonun dünya çempionatını özəl investorlar üçün açmaqla bağlı mübahisəli və sonradan ləğv edilən planına FFF-nin kəskin etirazıdır.

Beləliklə, Fransa İsveç, Şotlandiya, İtaliya və Belçika ilə yanaşı, İnfantinoya dəstəyini geri çəkən ölkələr sırasında yer alacaq. FIFA Şurasının vitse-prezidenti Şandor Çanyi də daha əvvəl hazırkı prezidentə dəstəyini geri çəkib.

İdman.Biz