“Barselona”nın prezidenti Joan Laporta komandasının cari mövsümdə əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, insayder Fabrizio Romano kataloniyalı funksionerin bu barədə sözlərini yayıb.
“Bu mövsümdə əsas məqsədimiz Çempionlar Liqasıdır. Bu, göz qabağındadır. Biz həmçinin La Liqanı və milli kubokları qazanmaq istəyirik. Lakin Çempionlar Liqası, şübhəsiz ki, bizim prioritetimizdir”, - deyə Laporta bildirib.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə Çempionlar Liqasının qalibi 2014/15 mövsümündə olub.
