Nunes “Mançester Siti”nin Çempionlar Liqası arzusunu açıqladı

8 Sentyabr 2026 01:28
72
Nunes “Mançester Siti”nin Çempionlar Liqası arzusunu açıqladı

“Mançester Siti”nin futbolçusu Mateus Nunes komandanın 2026/27 mövsümündə Çempionlar Liqasını qazanmağı hədəflədiyini açıqlayıb.

İdman.Biz “City Xtra”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu turnirin ümumi mərhələsinin birinci turunda “Portu” ilə keçiriləcək oyun öncəsi gözləntilərini bölüşüb.

“Biz Çempionlar Liqasını qazanmaq istəyirik. Bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Nunes mətbuat konfransında bildirib.

“Portu” – “Mançester Siti” qarşılaşması sentyabrın 8-də Portuqaliyada keçiriləcək. Matç Bakı vaxtı ilə sentyabrın 9-na keçən gecə saat 00:00-da başlayacaq.

“Mançester Siti” tarixində yalnız bir dəfə - 2022/23 mövsümündə Çempionlar Liqasının qalibi olub. Həmin vaxt komandaya Pep Qvardiola rəhbərlik edib. Ötən yay isə baş məşqçi postunda onu Enso Mareska əvəz edib.

İdman.Biz