Benzema “Lion”a keçə bilməyib

8 Sentyabr 2026 01:17
83
Benzema “Lion”a keçə bilməyib

Hazırda azad agent olan Kərim Benzema yay transfer pəncərəsində “Lion” futbol klubuna keçə bilərdi.

İdman.Biz “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Fransa klubu 38 yaşlı hücumçunun transfer variantını nəzərdən keçirib. Benzema doğma klubuna ehtiram əlaməti olaraq burada maaş almadan oynamağa da hazır olub.

Lakin “Lion” futbolçu “Əl-Hilal”da çıxış etdiyi vaxt onunla danışıqlara başlayıb. Benzema avqustun 31-də Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Buna baxmayaraq, fransalı futbolçu 2030-cu ilə qədər Səudiyyə Ərəbistanı çempionatının səfiri statusunu qoruyur. Bu səbəbdən onun digər ölkələrin çempionatlarında çıxışına məhdudiyyət yaranıb.

Benzemanın nümayəndələri mümkün istisnaya nail olmaq üçün danışıqlar aparsalar da, tərəflər razılığa gələ bilməyib.

Hazırda 38 yaşlı hücumçunun karyerasını başa vurması ehtimalı yüksək qiymətləndirilir.

İdman.Biz