İngiltərənin “Çelsi” futbol klubu Enzo Fernandesin “Mançester Siti”yə transferindən əvvəl “Fulhem”in yarımmüdafiəçisi Sander Berge ilə maraqlanıb.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsinin son günlərində mərkəz yarımmüdafiəçisi transfer etməyi planlaşdırıb. Berge “Çelsi”nin nəzərdən keçirdiyi futbolçulardan biri olub.
Lakin “Çelsi” norveçli oyunçu üçün rəsmi təklif göndərməyib. Eyni zamanda, “Fulhem” də 28 yaşlı yarımmüdafiəçini satmaq niyyətində olmayıb.
Nəticədə “Çelsi” Fernandesin “Mançester Siti”yə 125 milyon funt-sterlinqə transferindən sonra onun yerinə heç bir futbolçu almayıb.
Berge daha əvvəl Premyer Liqada “Şeffild Yunayted” və “Bernli”nin formasını geyinib.
