Almaniya Kubokunda 1/16 final mərhələsinin cütləri bəlli oldu

7 Sentyabr 2026 21:39
85
Almaniya Kubokunda 1/16 final mərhələsinin cütləri bəlli oldu

Almaniya Kubokunun 2026/2027 mövsümünün 1/16 final mərhələsinin püşkatması baş tutub.

İdman.Biz xəbər verir ki, “Bavariya” evdə ikinci Bundesliqa təmsilçisi “Maqdeburq”la qarşılaşacaq. Dortmundun “Borussiya”sı “Verder”i qəbul edəcək, “Bayer” isə “Nürnberq”lə oyun keçirəcək.

Almaniya Kubokunun 1/16 finalının bütün cütləri:

“Zonnenhof Qrossaspax” – “Auqsburq”;

“Yeddelo II” – “Herta”;

“Rot-Vays Essen” – “RB Leypsiq”;

“Köln” – “Union”;

“Dinamo” Drezden – “Şalke”;

“Borussiya” Dortmund – “Verder”;

“Bohum” – “Mayns”;

“Hamburq” – “Ayntraxt”;

“Borussiya” Menhenqladbax – “Karlsrue”;

“Holştayn” – “Hoffenhaym”;

“Bayer” – “Nürnberq”;

“Hannover” – “Kayzerslautern”;

“Paderborn” – “Ştutqart”;

“Frayburq” – “Volfsburq”;

“Elversberq” – “Darmştadt”;

“Bavariya” – “Maqdeburq”.

Turnirin növbəti mərhələsinin matçları oktyabrın 27-də və 28-də baş tutacaq.

İdman.Biz