İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Enso Fernandes futbol tarixində transferlərinə ən çox pul xərclənən oyunçular siyahısında üçüncü yerə yüksəlib.
İdman.Biz xəbər verir ki, AS nəşrinin məlumatına görə, “Mançester Siti” yayda argentinalı yarımmüdafiəçini “Çelsi”dən 145 milyon avroya (287 milyon AZN) transfer edib. Bununla da onun karyerası ərzində transferlərinə sərf olunan ümumi məbləğ 310 milyon avroya (614 milyon AZN) çatıb.
Bu göstəricidə Enso yalnız Neymar və Romelu Lukakudan geri qalır. Neymarın transferlərinə ümumilikdə 400 milyon (792 milyon AZN), Lukakunun keçidlərinə isə 375 milyon avro (742.5 milon AZN) xərclənib.
Fernandes yay transfer pəncərəsinin əvvəlində “Real”a keçməyə ümid edib. Lakin Madrid klubu onunla maraqlanmadığını bildirib. Bundan sonra “Mançester Siti” əsas variant kimi önə çıxıb.
AS həmçinin vurğulayır ki, Fernandes “Çelsi”də Enso Mareska ilə yaxın münasibət qurub və italiyalı mütəxəssisi klub rəhbərliyi ilə fikir ayrılığı zamanı açıq şəkildə müdafiə edib. Daha sonra onların yolları “Mançester Siti”də yenidən kəsişib.
