İtaliyanın “Milan” futbol klubunun rəhbərliyi Zlatan İbrahimoviçin klubdakı gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, “rossoneri” rəhbərliyi isveçlinin klubdakı fəaliyyətindən razı deyil və onunla əməkdaşlığa son qoymaq variantını nəzərdən keçirir.
İbrahimoviç futbolçu karyerasını başa vurduqdan sonra “Milan”ın idarəetmə strukturunda fəaliyyətə başlayıb və klubun sahibi “RedBird”in baş məsləhətçisi kimi çalışıb. Lakin son dövrdə onun səlahiyyətləri, qərarvermədə rolu və klub daxilində təsiri müzakirə mövzusuna çevrilib.
Mənbənin yazdığına görə, “Milan” rəhbərliyində İbrahimoviçin funksiyasının aydın olmaması və idman layihəsinə təsirinin gözlənilən səviyyədə olmaması narazılıq yaradıb. Bu səbəbdən tərəflər arasında yolların ayrılması real ssenari kimi qiymətləndirilir.
