“Barselona” Voltemadeni yox, Qabriel Jezusu seçib

7 Sentyabr 2026 07:18
84
“Barselona” Voltemadeni yox, Qabriel Jezusu seçib

İspaniyanın “Barselona” futbolkomandası yay transfer pəncərəsinin son günlərində Nik Voltemadeni heyətinə qatmaq imkanına malik olub.

İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, Almaniya millisinin hücumçusu Kataloniya klubuna təklif edilib. Lakin həmin vaxt “Barselona” artıq Qabriel Jezusun transferini demək olar ki, yekunlaşdırıb və rəhbərlik braziliyalının komandanın oyun modelinə daha uyğun olduğunu hesab edib.

Voltemade ilə bağlı variant ilkin mərhələdən irəli getməyib. 24 yaşlı forvard ötən yay “Ştutqart”dan “Nyukasl”a 75 milyon avroya (148 milyon AZN) keçib, lakin İngiltərədə gözlənilən qədər sabit oyun təcrübəsi qazana bilməyib. Onun adı “Borussiya” Dortmund və “Atletiko” ilə də hallanıb.

Sonda Voltemade “Yuventus”a 2027-ci ilin yayına qədər icarəyə verilib. Turin klubu icarə üçün təxminən dörd milyon avro ödəyib və müqavilədə satınalma şərti yoxdur.

“Barselona” isə “Arsenal”dan Qabriel Jezusu transfer edib. Braziliyalı hücumçu sonradan Kataloniya klubunun marağından təxminən bir həftə əvvəl xəbərdar olduğunu və danışıqların gizli şəkildə sürətləndiyini açıqlayıb.

İdman.Biz