Türkiyə Super Liqasının dördüncü turunda “Trabzonspor” və “Kocaelispor” qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, “Trabzonspor” öz meydanında “Gənclərbirliyi”ni 5:0 hesabı ilə darmadağın edib.
Meydan sahiblərinin heyətində Pol Onuaçu dubl edib. O, beşinci və 22-ci dəqiqələrdə fərqlənib. Məhəmməd Salah 14-cü dəqiqədə penaltidən qol vurub. Digər qolların müəllifləri Ernest Muçi və Frankulino Dju olublar.
Turun digər qarşılaşmasında “Kocaelispor” “Samsunspor”u 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qol 26-cı dəqiqədə Florian Ayedən gəlib.
Bu qələbədən sonra “Trabzonspor” xallarının sayını yeddiyə çatdırıb. “Gənclərbirliyi” də eyni xala sahibdir. “Kocaelispor”un isə doqquz xalı var. “Samsunspor” dörd xalda qalıb.
20:11
Türkiyə Super Liqasının dördüncü turunda “Çorum” - “Eyüpspor” və “Kasımpaşa” - “Amed” qarşılaşmaları keçirilib.
İdman.Biz xəbər verir ki, “Çorum” doğma meydanda “Eyüpspor”u 3:0 hesabı ilə məğlub edib.
Meydan sahibləri görüşə sürətli başlayıblar. Aleksandros Kiziridis altıncı dəqiqədə hesabı açıb. 27-ci dəqiqədə Andrey Borza fərqi iki topa çatdırıb.
“Çorum”un üçüncü qolunu 88-ci dəqiqədə Ermin Mahmiç vurub və yekun hesabı müəyyənləşdirib – 3:0.
İstanbulda keçirilən “Kasımpaşa” - “Amed” qarşılaşması isə 2:2 hesabı ilə başa çatıb.
“Kasımpaşa” 20-ci dəqiqədə Güvən Yalçının qolu ilə önə keçib. İlk hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə “Amed” geridönüş etməyi bacarıb. Qarşılaşmada daha üç qol vurulub və tərəflər hərəyə bir xal qazanıblar.
