Bundesliqanın ikinci turunda “Ayntraxt” öz meydanında “Auqsburq”la qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesab altıncı dəqiqədə açılıb. Yunes Ebnutalibin ötürməsindən sonra Jonatan Burkardt fərqlənib.
“Augsburq” ikinci hissəyə sürətli başlayıb. 46-cı dəqiqədə Arijon İbrahimoviç Marius Volfun ötürməsindən sonra hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Robin Fellhauer qonaqları önə keçirib.
Daha sonra Aleksis Klod-Moris fərqlənib. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Fabian Rieder qoyub.
Beləliklə, “Auqsburq” Almaniya çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. “Ayntraxt” isə iki turdan sonra bir xalla kifayətlənib.
19:33
Almaniya Bundesliqasının ikinci turunda “Hamburq” və “Maynts” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 19-cu dəqiqədə açılıb. Kaişu Sanonun ötürməsindən sonra Şeraldo Beker fərqlənib. 41-ci dəqiqədə isə Bekerin assistindən sonra Filip Mvene ikinci qolu vurub.
İkinci hissənin əvvəlində “Maynts” üstünlüyünü artırıb. 48-ci dəqiqədə Beker növbəti məhsuldar ötürməsini verib və Filip Tits fərqlənib.
83-cü dəqiqədə Tits özünün ikinci, komandasının dördüncü qoluna imza atıb. Matçın son nöqtəsini isə əlavə vaxtda Ransford-Yeboa Königsdörffer qoyub.
Bu nəticədən sonra “Maynts” xalını dördə çatdırıb. “Hamburq” isə Bundesliqada ardıcıl ikinci məğlubiyyətini alıb.
