Ronaldu və Messi eyni komandada oynaya bilər

6 Sentyabr 2026 15:13
53
Ronaldu və Messi eyni komandada oynaya bilər

Kriştianu Ronaldu və Lionel Messi yaxın aylarda eyni komandanın formasını geyinə bilərlər.

İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, Aregntinanın sabiq futbolçularından olan Karlos Teves dekabrda “La Bombonera” stadionunda keçirilməsi planlaşdırılan vida matçında Ronaldu və Messini eyni komandada oynatmaq niyyətindədir. Keçmiş argentinalı hücumçu bunun üçün hər iki ulduzu şəxsən dəvət edəcəyini bildirib.

Teves Ronaldo ilə 2008-ci ildə “Mançester Yunayted”in heyətində Çempionlar Liqasının qalibi olub. Messi ilə isə uzun illər Argentina millisində birgə çıxış edib. Bu səbəbdən o, futbol tarixinin iki ən böyük ulduzunu vida matçında bir araya gətirmək istəyir.

“Leo Messi və Kriştianu Ronaldu orada olacaqlar. Lazım gəlsə, gedib özüm gətirəcəyəm. Hər ikisinin “WhatsApp” nömrəsi məndə var”, - Teves deyib.

Vida matçına ümumilikdə təxminən 60 sabiq futbolçunun dəvət olunması nəzərdə tutulur. Siyahıda Ueyn Runi, Patris Evra, Rio Ferdinand, Nemanya Vidiç, Canluici Buffon, Andrea Pirlo, Pol Skoulz və Xuan Roman Rikelme kimi tanınmış simaların da adları var.

Qeyd edək ki, Teves futbolçu karyerasını beş il əvvəl “Boka Xuniors”da başa başa vurub. O, karyerası ərzində 517 oyuna çıxıb və 227 qol vurub. Bunlardan 76 oyun və 13 qol milliyə aiddir.

İdman.Biz