Luka Modriçdən Xorvatiya millisində davam qərarı

6 Sentyabr 2026 04:24
81
Luka Modriçdən Xorvatiya millisində davam qərarı

Xorvatiya milli komandasının kapitanı Luka Modriç yığmada karyerasını davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Xorvatiya Futbol İttifaqının (HNS) yaydığı məlumata görə, 202 oyun keçirərək ölkə futbolunun tarixinə düşən 40 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının yeni mövsümündə də milli komandanın sərəncamında olacaq.

Modriç bu qərarını baş məşqçi Slaven Biliçə və HNS prezidenti Marijan Kustişə çatdırıb.

Biliç veteran futbolçunun qərarından məmnun olduğunu bildirib:

“Lukanın bu qərarından çox məmnunam. Hamımız onun həm meydanda, həm də meydandan kənarda Xorvatiya üçün nəyi təmsil etdiyini və nə demək olduğunu çox yaxşı bilirik. Xüsusilə 14 ildən sonra yenidən birlikdə işləyəcəyimizə və Xorvatiyanın güclü, uğurlu, dünyanın ən yaxşı komandaları ilə bərabər səviyyədə olması üçün böyük həvəsimizi bölüşəcəyimizə görə şadam”.

Qeyd edək ki, Xorvatiya millisi Çexiya (26 sentyabr, Praqa), İspaniya (29 sentyabr, Sevilya), İngiltərə (3 oktyabr, Riyeka) və İspaniya (6 oktyabr, Split) ilə qarşılaşacaq.

İdman.Biz