Liqa 1: “Brest” və “Loryan” səfərdə qalib gəldi

6 Sentyabr 2026 01:17
75
Liqa 1: “Brest” və “Loryan” səfərdə qalib gəldi

Fransa Liqa 1-in üçüncü turunda növbəti oyunlar keçirilib.

İdman.Biz xəbər verir ki, “Brest” səfərdə “Havr”ı 2:1 hesabı ilə məğlub edib.

Qonaqların heyətində Kamori Dumbiya dubl edib. “Havr”ın yeganə qolunu isə Rayan Fofana vurub. Meydan sahibləri 45+2-ci dəqiqədən etibarən Junior Mvanqanın qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb.

Bu nəticədən sonra “Brest” 5 xalla turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. “Havr” isə 1 xalla 16-cı sırada qərarlaşıb.

Digər qarşılaşmada “Nitsa” doğma meydanda “Le Mans”la 1:1 hesablı heç-heçə edib. Qonaqların heyətində Adil Bouraba 13-cü dəqiqədə hesabı açıb. Elie Vahi 44-cü dəqiqədə “Nitsa”ya bərabərlik qolunu vurub.

Bu nəticədən sonra hər iki komandanın 2 xalı var. “Le Mans” 14-cü, “Nitsa” isə 15-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Lens” evdə “Loryan”a 0:1 hesabı ilə uduzub.

İdman.Biz