Türkiyə Super Liqasının dördüncü turunda İstanbul derbisi keçirilib.
İdman.Biz xəbər verir ki, “Beşiktaş” səfərdə “Fənərbağça”ya 2:1 hesabı ilə qalib gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri hesabı 26-ci dəqiqədə açıb. Qolun müəllifi Milan Şkrinyar olub. Rıdvan Yılmaz 40-cı dəqiqədə hesabı bərabərləşdirib.
73-cü dəqiqədə Duşan Vlahoviç “Beşiktaş”a qələbə qazandıran qola imza atıb.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb. "Fənərbağça" 6 xalla dördüncü yerdədir.
