İnsayder Fabritsio Romano hazırda klubsuz qalan fransalı futbolçu Kərim Benzemanın “Barselona”ya mümkün keçidi ilə bağlı məlumatı şərh edib.
İdman.Biz xəbər verir ki, insayder 38 yaşlı hücumçunun xidmətləri Kataloniya klubuna təklif olunmadığını və yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Benzema “Əl-Hilal”la müqaviləsinə xitam verdikdən sonra özünə klub tapa bilməyib.
“Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyə çalışıb və nəticədə “Arsenal”dan Qabriel Jesusu təxminən 10 milyon avroya transfer edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına yollanmazdan əvvəl Benzema 14 il “Barselona”nın əzəli rəqibi “Real Madrid”də çıxış edib.
