"Komo"nun futbolçuları İtaliya A Seriyasının üçüncü turunun matçında səfərdə "Cenoa"nı darmadağın ediblər.
İdman.Biz xəbər verir ki, görüş Sesk Fabreqasın komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Komo"nun heyətində Assane Diao dubla imza atıb (30 və 78-ci dəqiqədə).
Həmçinin Martin Baturina (iyirmi beşinci) və Niko Pas (qırxıncı) vurulan qollarla yadda qalıblar.
"Cenoa"nın heyətində yeganə qol Milutin Osrayiçin (on doqquzuncu) hesabındadır.
Hazırda "Komo" aktivində 7 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir, "Cenoa" isə 0 xalla 19-cu pillədə qərarlaşıb.
