“Ştutqart” futbol klubu Almaniya Bundesliqasının ikinci turunda “Köln” üzrə böyükhesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı fasilədən az əvvəl Yoşi Vanyomanın ötürməsindən sonra Bilal Əl-Xannus açıb. Altmışıncı dəqiqədə Qrişa Premel “Ştutqart”ın üstünlüyünü ikiqat artırıb, qısa müddət sonra isə Ermedin Demiroviç meydan sahiblərinin üçüncü qolunu vurub.
Səksən birinci dəqiqədə Marius Bülyter “Köln”ün heyətində bir qolun əvəzini çıxıb. Lakin son söz meydan sahiblərinə qalıb – doxsanıncı dəqiqədə Vanyoman yekun hesabı müəyyənləşdirib.
