“Qalatasaray” “Başakşehir”i dramatik matçda məğlub edib - VİDEO

4 Sentyabr 2026 23:07
133
“Qalatasaray” “Başakşehir”i dramatik matçda məğlub edib

“Qalatasaray” Türkiyə Superliqasının dördüncü turunda səfərdə “İstanbul Başakşehir”ə 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, məhsuldar keçən qarşılaşmada hesabı 16-cı dəqiqədə Viktor Osimhen açıb.

33-cü dəqiqədə nigeriyalı futbolçu zədə səbəbindən əvəzlənib.

“İstanbul” 66-cı dəqiqədə Eldor Şomurodovun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Lukas Torreyra 71-ci dəqiqədə “Qalatasaray”ı yenidən önə keçirib. 76-cı dəqiqədə qonaqların müdafiəçisi Davinson Sançes topu öz qapısına göndərərək hesabı 2:2 edib.

79-cu dəqiqədə “İstanbul Başakşehir”in müdafiəçisi Umut Bozok qırmızı vərəqə alıb. “Qalatasaray”ın qələbə qolunu isə Qabriel Sara oyunun 90-cı dəqiqədə vurub.

Bu qələbədən sonra “Qalatasaray” 10 xalla Türkiyə Superliqasında liderliyə yüksəlib. “İstanbul Başakşehir” isə 4 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.Biz